Bakıda arvad ərini qətlə yetirib

13:04 - 24 Noyabr 2018 - HADİSƏ

Bakıda ər arvadı tərəfindən qətlə yetirilib.  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb. Report

Xəbər xətti