Çində avtomobil məktəblilərin üstünə çıxdı: 5 ölü, 18 yaralı

12:09 - 22 Noyabr 2018 - DÜNYA

Çin Xalq Respublikasının şimal-şərqində avtomobil bir qrup məktəblinin üstünə sürülüb.

Hadisə Lyaonin vilayətinin Huludao şəhərində qeydə alınıb. İnsident nəticəsində 5 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Sürücünün saxlanıldığı bildirilir.

Araşdırma aparılır.trend

Xəbər xətti