Bu gün gündüz gözlənilən hava şəraiti

10:56 - 22 Noyabr 2018 - Xəbər

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucnoqta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 8-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 9-13, dağlarda 0-2 dərəcə isti təşkil edəcək.

Xəbər xətti