Gömrükçülər spirtli içkilər və mobil telefonlar aşkarladı- Foto

10:44 - 22 Noyabr 2018 - Xəbər

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 109 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan olunmayan 20 ədəd 0,5 litrlik "Talka", 1 ədəd 0,7 litrlik "Хоrtitsa", 2 ədəd 0,7 litrlik "Beluga Translatlantic" markalı araqlar, 1 ədəd 0,7 litrlik "Chivas Regal" və 1 ədəd 0,75 litrlik "Glenfiddich" markalı viskilər, həmçinin vətəndaşıngöy rəngli idman çantasından isə1 ədəd "İphone X Space Gray", 2 ədəd "Alcatel 1066d", 1 ədəd "Jinga F200N", 1 ədəd "Micromax X2401" və 1 ədəd "Vertex" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti