Xətaidə içməli suyun verilişi dayandırıldı

20:57 - 21 Noyabr 2018 - Xəbər

Bakının Xətai rayonunda içməli suyun verilişi dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O bildirib ki, yaranmış fasilənin səbəbi xəttdə baş verən qəza olub:
​“600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsinə (kənd Əhmədli, Radizavodun ətraf ərazisi, Zığ Yolunun bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində fasilə yaranıb. Əməkdaşlar problemin həlli istiqamətində işlər görürlər”.

Xəbər xətti