Deputat: “Rza mənə niyə arxalanmalıdır ki?"

15:24 - 21 Noyabr 2018 - Xəbər

“Mən Rzaya arxalanıram”

“Rza mənə niyə arxalanmalıdır ki? Mən ona arxalanıram. Rza Rzadır. O heç kimə arxalanmır”. Ucnoqtaaz xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas aktyor Rza Rzayevin ona arxalanıb müəllimi döyməsi haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

Deputat bildirib ki, R. Rzayev Azərbaycanın qeyrətli oğlu, gözəl kinorejissorudur: “Rza öz evini satıb Xocalı haqqında film çəkən oğlandır. Vətənpərvərdir.  Niyə Rza mənə arxalansın ki? Əvvəlcə, getsinlər o müəllimin  işini araşdırsınlar və görsünlər ki o müəllim doğrudan da müəllimliyə layiqdir, ya yox? Vəssalam”.

Xəbər xətti