Yunanıstan sahillərində Türkiyəyə məxsus gəmi yanıb

18:28 - 21 Noyabr 2018 - DÜNYA

Yunanıstan sahillərində Türkiyəyə məxsus yük gəmisində yanğın baş verib.

Gəmi Tunisdən Türkiyəyə yola düşüb. Qeyd olunur ki, yanğın gəminin mühərrik hissəsində başlayıb.

Gəminin 11 nəfərdən ibarət heyət üzvü Türkiyə sahil-mühafizə xidmətinin əməkdaşları tərəfindən təxliyə olunub.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.trend

Xəbər xətti