Tanınmış modelyerin məhkəmədə ürəyi getdi

12:41 - 21 Noyabr 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Prosesdə zərərçəkmiş L.Əhmədovanın vəkili vəsatət qaldıraraq, N.Ağayevlə A.Lütfəliyevin də barəsində həbs-qətimkan tədbirinin seçilməsini və onların məhkəmə zalında həbs edilməsini istəyib. 

Təqsirləndirilən N.Ağayevin vəkili isə vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini tələb edib. 

Vəsatətlərə münasibət bildirən L.Əhmədova ağlayaraq, N.Ağayevin C.Eyvazovu onun üstünə göndərdiyini deyib. 

L.Əhmədova çıxış edən zaman onun ürəyi gedib. İcra məmuru Nuru Müzəffərov ona yardım edib, zərərçəkmiş şəxs özünə gəlib. 

Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki,  iş üzrə modelyerə dəymiş ziyan 100 min manatdan çoxdur.

Xəbər xətti