Sumqayıtda ahıl kişini piyada keçidində avtomobil vuraraq öldürüb

12:15 - 21 Noyabr 2018 - HADİSƏ

Sumqayıtda maşın piyadanı vuraraq öldürüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Yaşar Əziz oğlu Əhmədov piyada keçidindən yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. Yaralı yaxınlıqda olan insanların köməkliyi ilə xəstəxayənaya çatdırılıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti