Ana səhifə
13 Dekabr 2018

UEFA Millətlər Liqası: Kosovo- Azərbaycan

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq

 Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq. Priştinadakı “Fadil Vokrri” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3, evdə isə 2 cavabsız qolla məğlub edib. Kosovo isə iki oyunda Maltanın qapısından ümumilikdə 8 top keçirməklə yanaşı (3:1, 5:0), Farer adaları ilə duellərdən 4 xal toplayıb (2:0, 1:1).

Beləliklə, Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.

UEFA Millətlər Liqası
D liqası, III Qrup
VI tur

23:45. Kosovo - Azərbaycan

Baş hakim: Benua Miyo

Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu
Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed

Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)
Priştina. “Fadil Vokrri” stadionu

Tarix
20 Noyabr 2018 [10:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin