Ana səhifə
11 Dekabr 2018

Azərbaycanlı xanəndə İsraildə beynəlxalq festivalda iştirak edib

Əməkdar artist Bəyimxanım Vəliyeva noyabrın 9-dan 12-nə qədər İsrailin Qüds şəhərində keçirilən ənənəvi beynəlxalq “Ud” festivalında iştirak edib.

Ucnoqta.az xəbər verir ki, artıq 3-cü dəfədir ki, bu festivala qatılan xanəndə İsrailli musiqiçilərlə birlikdə saat yarımlıq sintez muğam konsert proqramı ilə çıxış edib. O, konsertdə “Getmə-getmə” xalq mahnısını, “Bəstə Nigar” təsnifi və Hacıbaba Hüseynovun repertuarından “İki sevda çəkənlərin təsnifi”ni ifa edib.

Tamaşaçılar xanəndəmizin ifasını ayaq üstə alqışlayaraq onu oxuması üçün yenidən səhnəyə qaytarıblar.
Konsertdən sonra xanəndəmiz müsəlmanların müqəddəs yeri hesab olunan, Məhəmməd peyğəmbərimizin merac olunduğu, müqəddəs Qurani-Kərimdə adı çəkilən müsəlmanların ilk qibləsi sayılan Məscidül-Əqsa məscidini də ziyarət edib.

Qeyd edək ki, festivalda dünyanın bir çox ölkələrindən xanəndələr və musiqiçilər qatılıb. 

Tarix
12 Noyabr 2018 [11:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin