Şirvanda ev yanıb: iki uşaq tüstüdən boğularaq ölüb

23:21 - 8 Noyabr 2018 - HADİSƏ

Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Mehmandarov küçəsi, 2 ünvanında, yerli sakin Əbilov Davuda məxsus fərdi yaşayış evində qeydə alınıb. Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı uşaq - 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

​Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti