"Qarabağ"ın rəqibində oyunçu itkisi

10:37 - 6 Noyabr 2018 - İDMAN

"Sportinq"in futbolçusu "Qarabağ"la görüşü buraxacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubu futbolçu itkisi ilə üzləşib. “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi Rodriqo Battalya Portuqaliya Primeyrasında səfərdə "Santa Klara"ya 2:1 hesabı ilə qalib gəldikləri IX tur qarşılaşmasının 30-cu dəqiqəsində zədələnib. 27 yaşlı oyunçunun sağ dizinin ön çarpaz bağları qopub. Battalya bu gün əməliyyat olunacaq və bir neçə ay sağalma prosesi keçdikdən sonra yaşıl meydanlara qayıdacaq. Buna görə də təcrübəli futbolçu noyabrın 29-da Avropa Liqasının V turunda “Qarabağ”la Bakıda keçirəcəkləri görüşü buraxmalı olacaq.

Xəbər xətti