FHN: Bakıda kafedə baş vermiş yanğında 3 nəfər ölüb

09:36 - 3 Noyabr 2018 - HADİSƏ

Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib. 

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, yanğın dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafedə qeydə alınıb.

Məlumata görə, kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər xətti