Yuliya Skripalın nişanlısı yoxa çıxıb

18:46 - 2 Noyabr 2018 - DÜNYA

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı, Baş Kəşfiyyat İdarəsinin polkovniki Sergey Skripalın qızı Yuliya Skripalın nişanlısı itkin düşüb.

“Report” “Daily Mirror”a isinadən xəbər verir ki, onun maşını Moskvada yaşadığı binanın girişində saxlanılmış vəziyyətdədir.  Yuliyanın nişanlısının Nuar adlı iti isə yarım ildir sığınacaqda saxlanılır.

Yuliyanın 45 yaşlı əmisi qızı Viktoriya Skripal da Rusiya hərbi kəşfiyyatının onu izləyəcəyindən ehtiyat etdiyini söyləyib. O deyib ki, xəstəxanadan çıxdıqdan sonra nə əmisi, nə də Yuliya ilə əlaqə saxlaya bilməyiblər.

Yuliya Skripal isə nişanlısını Rusiya Baş Kəşfiyyat İdarəsininin agenti olması ehtimalını irəli sürüb.

Xəbər xətti