Tovuzda avtomobil körpüdən aşıb: bir ailənin 5 üzvü xəsarət alıb

12:57 - 1 Noyabr 2018 - HADİSƏ

Tovuzda bir ailənin 5 üzvü olan avtomobil körpüdən aşıb. Hadisə rayonun Bayramlı kəndi ərazisində baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Rəhim Mikayıtl oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və kənd ərazisindəki körpüdən çaya aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - Bayramlı kənd sakinləri, 1987-ci il təvəllüdlü Cəfərova Xəyalə Rəşid qızı, 1971-ci il təvəllüdlü Cəfərov Cəmil Kamil oğlu, 1962-ci il təvəllüdlü Cəfərov Rəşid Kamil oğlu və1976-cı il təvəllüdlü Cəfərova Samirə Əli qızı müxtəlif dərəcəlki bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan X.Cəfərovanın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti