Elmar Məmmədyarov Bolqarıstanın prezidenti ilə görüşüb

15:59 - 31 Oktyabr 2018 - SİYASƏT

Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevə çatdırıb.
Bolqarıstan Respublikasının Prezidenti səmimi təbrikə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi və Prezident İlham Əliyevə salamları və ən xoş arzularının yetirilməsini xahiş edib.

Görüş zamanı iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olundu. Hər iki tərəfin əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb. Xüsusilə energetika və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hər iki ölkə tərəfindən verilən önəm qeyd edilib.

Prezident Rumen Radev 2017-ci ilin oktyabr ayında Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə bəyanatlarının davamı olaraq, Bakı-Sofiya birbaşa hava xəttinin açılmasını çox yüksək qiymətləndirib. Bu hava xəttinin açılmasının tərəflər arasında xüsusilə turizm sahəsində əlaqələrin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı 4 mart 2015-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi baxımından əlverişli siyasi zəmin yaratdığı ifadə olunub.


Xəbər xətti