Almaniyada II Dünya müharibəsindən qalma bomba zərərsizləşdirilib

17:41 - 30 Oktyabr 2018 - DÜNYA

16 min nəfər təxliyyə edilib

Almaniyanın Frankfurt-Mayn şəhərində II Dünya müharibəsi dövründən qalma bombanın zərərsizləşdirilməsi zamanı 16 min nəfər təxliyyə edilib. “Report” xəbər verir ki, bunu Almaniyanın “Bild” qəzeti yazıb. Bombanın ağırlığı 125 kq. təşkil edib. Şəhərin yanğınsöndürmə xidmətindən bildirilib ki, bomba uğurla zərərsizləşdirilib.

Qeyd edək ki, bomba bir müddət əvvəl Frankfurt-Maynda tikinti işləri aparılan zaman aşkarlanmışdı. 

Xəbər xətti