Qazaxda balıq tutan kişini cərəyan vuraraq öldürüb

21:36 - 29 Oktyabr 2018 - HADİSƏ

Qazax rayonunda yerli sakini elektrik cərəyanı vuraraq öldürüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun 1989-ci il təvəllüdlü Abbasbəyli kənd sakini Abdullayev Elmar Fərman oğlu elektrikli qurğu ilə göldə balıq tutan zaman cərəyan onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti