Türkiyədə dördtərəfli Suriya zirvəsi başlayıb- Fotolar

18:30 - 27 Oktyabr 2018 - DÜNYA

Bu gün İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya prezidentlərinin iştirakı ilə dördtərəfli Suriya zirvəsi başlayıb.

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan kritik toplantıdan öncə Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronla təkbətək görüşüb.
O, həmkarlarına sammitin keçirildiyi Vəhdəttin Sarayının pəncərəsindən İstanbul Boğazını göstərib.

R. T. Ərdoğan zirvəöncəsi açıqlamasında “Bütün dünyanın gözü bu toplantıdadır. Bizdən gözləntiləri doğruldacağımıza inanıram” deyə bildirib.qafqazinfo


Xəbər xətti