Ana səhifə
21 Noyabr 2018

"Qarabağ"a texniki məğlubiyyət verilib

Klub 8000 manat cərimələnib

AFFA İntizam Komitəsi "Qarabağ" klubuna texniki məğlubiyyət verib. "Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, buna səbəb Ağdam komandasının Azərbaycan Premyer Liqasının VIII turunda evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdiyi matç zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır.
Abbas Hüseynovun adı matçın iştirak ərizəsində göstərilməsə də, baş məşqçi Qurban Qurbanov onu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb. Buna görə də görüşün nəticəsi ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. "Qarabağ" eyni zamanda 8 min manat cərimələnib.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. AFFA İntizam Komitəsi Premyer Liqada daha öncə "Zirə"yə də texniki məğlubiyyət verib. Qurum həmçinin I Divizionda "Səbail-2"ni də texniki məğlubiyyətlə cəzalandırıb. 

Tarix
23 Oktyabr 2018 [14:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin