Ana səhifə
21 Noyabr 2018

Baldızını bıçaqlayan şəxs məhkəmədə aclıq aksiyasına başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə D.Təhməzov ittihamları qəbul etmədiyini və aclıq aksiyasına başlayacağını bildirib.
Proses oktyabrın 29-da davam edəcək.

İttihama görə, Ağcabədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşanandan sonra ondan uşaqlarını görməyə şərait yaratmasını tələb edib. Daha sonra D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üçün mübahisə edib. Nəticədə o, N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

D.Təhməzova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.trend

Tarix
22 Oktyabr 2018 [21:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin