İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimi olub

12:28 - 22 Oktyabr 2018 - Xəbər

Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib. Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su TəsərrüfatıAçıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər. Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basıb. Sonda xatirə şəkli çəkdirilib.

Xəbər xətti