Ana səhifə
20 Noyabr 2018

Zaqatalada maşın aşıb, sürücü ağır yaralanıb

Günorta saatlarında Zaqatala rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, rayonun 1995-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Nəzərov Abdukərim Cuma oğlu “VAZ-21064” markalı minik maşını ilə Zaqatala-Qax avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yol kənarına aşıb.
Qəzadan sonra sürücü A.Nəzərov ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan “Report”a bildirilib ki, zərərçəkmişə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Tarix
21 Oktyabr 2018 [21:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin