Ana səhifə
15 Noyabr 2018

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, əmrə əsasən, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları” təsdiq edilib.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyində müsabiqə və apelyasiya komissiyaları yaradılıb.

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş əsasda dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron qaydada keçirilir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, pedaqoji stajı 5 ildən az olmayan (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər.

Müsabiqənin 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır.

Tarix
18 Oktyabr 2018 [20:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin