Türk lirəsi bahalaşır

13:25 - 18 Oktyabr 2018 - DÜNYA

Türkiyədə milli valyutanın bahalaşması tendensiyası davam edir.

Hazırda qonşu ölkədə ABŞ dollarının məzənnəsi 5,53-5,54 lirə civarında dəyişir. Bu isə ötən günün yekunu ilə müqayisədə 0,05 - 0,06 lirə azdır.

Türkiyədə avro da ucuzlaşmaqdadır. Hazırda Avropa valyutasının məzənnəsi 6,39-6,4 lirə civarında dəyişir. Bu isə ötən günün yekununa nisbətən 0,04 - 0,05 lirə azdır.

Türkiyədə xarici valyutalar bu qiymətə sonuncu dəfə bu il avqustun əvvəllərində dəyişdirilib.report

Xəbər xətti