Lənkəranda azyaşlı qızın qulağından sırğanı qoparan qadın saxlanılıb

12:58 - 17 Oktyabr 2018 - Xəbər

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə oktyabrın 8-də Gərmətük qəsəbə sakini olan azyaşlı qızın qulağındakı bir cüt qızıl sırğasının naməlum qadın tərəfindən açıq talama yolu ilə alınması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.İsmayılova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

 

Xəbər xətti