Ana səhifə
17 Noyabr 2018

Yasamalda avtoxuliqanlıq edən sürücüyə 20 gün həbs cəzası verilib

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıb. 

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, sürücü Elçin Əhmədov 99-GB-678 dövlət nömrə nişanlı BMV markalı avtomaşınla Cəfər Cabbarlı küçəsində, həmçinin İnşaatçılar prospektində təhlükəli manevrlər edib.
O, avtomobili yüksək sürətlə sürərək yol hərəkət qaydalarını kobud şəkildə və davamlı olaraq pozub. Bunu aşkar edən Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücünü müşayət edərək təhlükəsizlik qaydalarını qorumaq şərti ilə onu Cəfər Cabbarlı küçəsində saxlaya biliblər.
Saxlanılarkən avtomobilin şüşələrinə bağlayaraq özünü bloqer kimi təqdim edən və yol polisini mobil telefon vasitəsi ilə videoya çəkməklə hədələyən sürücü post patrul xidməti əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.

Sürücü izahatında həqiqətən də yol hərəkət qaydalarını davamlı şəkildə pozduğunu və avtoxuliqanlıq etdiyini bildirib. Sürücü barəsində araşdırma aparılan zaman onun bu ilin 10 ay ərzində 27 dəfə qayda pozuntusu törətdiyi, barəsində inzibati protokollar tərtib olunduğu və 18 cərimə balı topladığı məlum olub. Bu səbəbdən sürücü barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim olunub. E.Əhmədovun törətdiyi xətalar videogörüntülər vasitəsilə sübuta yetirilib və o, məhkəmə qərarı ilə 20 gün inzibati qaydada həbs edilib. Bundan başqa, onun sürücülük hüququ bir il müddətinə məhdulaşdırılıb.

Yol polisi bütün sürücülərə tövsiyə edərək bu cür əməllərdən çəkinməyi, özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmamağı tövsiyə edir.

Tarix
17 Oktyabr 2018 [12:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin