ETSN: Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir- Video

12:25 - 17 Oktyabr 2018 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələrini davam etdirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən gecədən yağan yağış ərazidə aktivlik dinamikasını artırıb.

Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb. Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.

Xəbər xətti