Axşama doğru yağış kəsəcək - PROQNOZ

12:07 - 17 Oktyabr 2018 - Xəbər

Bu gün Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gündüz 18-20, axşam 15 dərəcə isti təşkil edəcək.

Xəbər xətti