Etimad Əsədov dəfn olundu... - Foto

16:15 - 16 Oktyabr 2018 - Xəbər

Bu gün səhər saatlarında vəfat edən Qarabağ Qazilər Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədovla vida mərasimi keçirilib. 

Məclisdə Əsədovun döyüş yoldaşları, dostları, Müdafiə Nazirliyinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov, Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, keçmiş deputat Pənah Hüseyn  və başqaları iştirak ediblər.
Qazinin cənazəsi Fatmayı qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi. 


Xəbər xətti