Füzulidə əkin sahəsində zenit top mərmisi tapılıb- Foto

14:29 - 16 Oktyabr 2018 - Xəbər

Füzuli rayonu, Birinci Zobucuq qəsəbəsi ərazisində mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 10:26-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Füzuli rayonu, Birinci Zobucuq qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. 

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 30 mm-lik zenit top mərmisi (BR-30) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbər xətti