Ana səhifə
20 Noyabr 2018

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Ucnoqta.az-a verilən məlumata görə, iştirakçılar tərəfindən 9 əmlak üzrə 14 sifariş verilib. Vətəndaşlardan biri isə hərrac üzrə elektron xidmətdən-onlayn sifariş prosedurundan istifadə edib. Müxtəlif sahələr üzrə xidmət fəaliyyətində əlverişli obyekt kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahələri Bakı və Gəncə şəhərlərindədir. Paytaxt üzrə özəlləşdirilən dövlət əmlaklarının 3-ü Nəsimi, 2-si Nizami, digəri isə Suraxanı rayonunda yerləşir. Gəncədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Nizami rayonu, Atatürk prospektindəki 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsini əhatə edir. Ümumi faydalı sahəsi 158,3 kv.m olan bu obyektin hərracında iştirakçı son qiymət olaraq 12 min 750 manat təklif edib. Paytaxt üzrə özəlləşən dövlət əmlaklarından biri də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 39 kv.m, hərracdakı satış qiyməti isə 6 min manat müəyyən olunub.

 

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinə gəldikdə isə bu dövlət əmlaklarının buraxılış tarixləri 2006-cı ildir. Hər ikisi BMW markasına aid olan bu avtomobillərin hərracdakı satış qiymətləri 10 min 750 manat və 14 min manat olub.

Komitə tərəfindən növbəti hərrac 23 oktyabrda baş tutacaq. Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.

Tarix
16 Oktyabr 2018 [17:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin