Ana səhifə
17 Noyabr 2018

Bakıda soyğunçuluq edən keçmiş məhkum saxlanılıb

Oktyabrın 10-da Nəsimi rayonu ərazisində baş vermiş soyğunçuluq hadisəsi barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini olan qadın həmin gün saat 12 radələrində Cavadxan küçəsindəki evin girişində naməlum şəxsin onun içərisində 530 manatı və sənədləri olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Kürdəmir rayon sakini, əvvəllər də oğurluq, mənimsəmə və narkotiklərlə əlaqədar cinayətlərə görə məhkum olunmuş Şahin Kərimov olduğu məlum olub.

Ş.Kərimovun törətdiyi digər cinayət əməlinin də üstü açılıb. Onun oktyabrın 14-nə keçən gecə Nəsimi rayonu ərazisindən Oleq Milkinin “Zontes” markalı motosikletini qaçırdığı da polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırma aparılır.

Tarix
16 Oktyabr 2018 [13:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin