Bakıda iki "Mercedes" toqquşdu: biri hasara çırpıldı- Foto

10:20 - 16 Oktyabr 2018 - HADİSƏ

Bakıda iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində qəza baş verib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saat 08:40 radələrində Natavan küçəsi - Biləcəri istiqamətində qeydə alınıb. 90-XB-381 və 90-DH-744 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində "Mercedes C-class" markalı avtomobil yoldan çıxaraq hasara çırpılıb.
Hasar dağılaraq avtomobilin ön hissəsinə tökülüb.

Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.


Xəbər xətti