Şamaxıda zəlzələ olub

10:10 - 16 Oktyabr 2018 - Xəbər

Şamaxı rayonunda zəlzələ olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. İlkin məlumatlara əsasən, yerli vaxtla saat 08:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Yeraltı təkanlar yerin 10 km dərinliyində, 3,4 maqnituda gücündə baş verib.

Xəbər xətti