Ağcabədidə avtomobil piyadanı vurub öldürdü

16:32 - 15 Oktyabr 2018 - HADİSƏ

Ağcabədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, oktyabrın 14-də saat 19 radələrində Ağcabədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Aşağı Avşar kənd sakini Əlvan Rüstəmov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər xətti