Ana səhifə
14 Dekabr 2018

Rəşad Sadıqov: "Milli formanı geyinməyin özü artıq motivasiyadır"

"Bizi çətin oyun gözləyir. Bu seçmə mərhələdə istədiyimiz nəticəni qazana bilmədik. Buna baxmayaraq, oyuna çıxıb yaxşı nəticə əldə etmək istəyirik"

Bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov Norveçlə səfərdə keçirəcəkləri Avropa çempionatının seçmə oyunundan əvvəl mətbuat konfransında deyib. 36 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Səfər planınız necədir?
- Biz federasiyadan xahiş etdik ki, səfərə biraz tez yollanaq. Çətin səfərdir, yorğunluq olacaq. Ona görə də oktyabrın 13-ü səfərə gedəcəyik, Norveçdə 2 dəfə məşq etmək imkanımız olacaq.

- Norveçlə ilk oyunda bacara bilməmişdik. Bəs bu matçda nəyə ümid etməliyik?
- İlk oyunu izləyib səhvlərimizi nəzərdən keçirmişik. İlk görüşün ikinci hissəsində 5 dəqiqədə etdiyimiz səhvlərə görə məğlub olduq. Çalışacağıq ki, həmin səhvləri təkrarlamayaq. Rəqibə öz oyununu göstərməyə icazə vermək istəmirik. Bir neçə gənc futbolçumuz da görüşdə iştirak edəcək. Mənim üçün ən vacib amil budur.

- Legioner olan futbolçularımızın əksəriyyəti öz klublarında mütəmadi çıxış etmirlər. Bu barədə nə deyə bilərsiniz?
- Bu məsələ məni çox narahat edir. Bizim ən böyük problemimiz budur. Oyunçuların özlərinə də deyirəm ki, oynaya biləcəkləri kluba keçsinlər və ya baş məşqçiləri ilə danışıb, oyun vaxtı əldə etsinlər. Çünki yaxşı nəticələr əldə etmək üçün oyunçularımızın oyun praktikası və fiziki vəziyyəti yaxşı olmalıdır.

- Norveçlə görüş qrupdakı yerimiz cəhətdən heç nə həll etmir. Oyunçulara motivasiya verirsiniz?
- Bütün futbolçular millinin adını təmsil edəcəklər. Milli formanı geyinməyin özü artıq motivasiyadır. Meydana çıxıb mübarizə aparmaq lazımdır. Əsas milli komandanın baş məşqçisi Qurban Qurbanov da məşqlərimizi və görüşlərimizi izləyir. Bəzi oyunçular haqqında detallı məlumat alır. Bunu oyunçuların özləri də bilir. Daha yaxşı oynayıb əsas milliyə dəvət almalıdırlar. Onlar üçün bundan böyük fürsət ola bilməz. Hər bir oyun onlar üçün şansdır. Artıq bir neçə oyunçumuz üçün bu U-21-də son oyundur. Növbəti mərhələdə bizə yeni futbolçular qoşulacaq. Noyabr ayında Ukraynanın U-21 millisi ilə yoldaşlıq görüşümüz olacaq. Çox güclü komandadır. Həmin oyunda artıq yeni futbolçular iştirak edəcək.

- Renat Dadaşov nə üçün milliyə çağrılmayıb?
- Dadaşov mənim ilkin siyahımda var idi. Sonra siyahıdan çıxardım. Bu qətiyyən “like” məsələsi ilə bağlı deyil. Renat legioner həyatı yaşayır və onunla danışdım mənə dedi ki, klubunun oktyabrın 14-ü və 19-da oyunu var. Komandasında qalıb, oyunlarda iştirak etmək istədiyini bildirdi. Klubunda daha da qalıb möhkəmlənmək istəyir. Ona görə bir müddət ona fasilə verdim.

- Rahil Məmmədovun əsas millidəki oyunu sizi qabe etdi?
- Onun ilk rəsmi oyunu olduğunu nəzərə alsaq, deyə bilərəm ki, məni qane etdi. Həm də bu oyunda komandanın üzərində böyük təzyiq var idi. Rahil də gənc oyunçudur, düşünürəm ki, dünən yaxşı çıxış etdi.

- Barış Ekincieri əsas oyunçularınızdan biri kimi gördüyünüzü bildirmişdiniz. Türkiyənin də onu milli komandaya dəvət etmək etimalını nəzərə alsaq, onu necə əldə saxlamağı düşünürsünüz?
- Barış çox bəyəndiyim futbolçudur. Özü ilə də danışmışam, Azərbaycan millisində çıxış etmək istəyir. Amma Barış kimi bir neçə oyunçunun da digər millilərdən təklif almaq ehtimalı var. Çalışırıq ki, münasibət quraq və millimizi seçməyinə yardım edək.report

Tarix
12 Oktyabr 2018 [20:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin