Ana səhifə
14 Dekabr 2018

Riçard Almeyda Millətlər Liqasında ən çox dəqiq ötürmə verən futbolçu olub

UEFA Millətlər Liqasının III turunun ilk matçlarından sonra statistik məlumatlar açıqlanıb.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda ən çox dəqiq ötürmə verən futbolçu olub. 30 yaşlı yarımmüdafiəçi keçirdiyi 3 oyundan sonra 215 dəqiq ötürmə ilə birinci pillədə qərarlaşıb. Yığmanın digər üzvü Qara Qarayev isə bu göstəriciyə görə 3-cü yerdədir. 26 yaşlı yarımmüdafiəçinin isə aktivində 201 ötürmə var.
Hələlik Millətlər Liqasında ən çox qol vuran komanda İspaniyadır. Pireneylilərin aktivində 2 oyuna 8 qol var. Turnirdə ən çox qol vuran futbolçu isə serbiyalı Aleksandr Mitroviçdir. 24 yaşlı hücumçu 4 qolla siyahıya başçılıq edir. Ən çox məhsuldar ötürmə edən oyunçu isə ispaniyalı Marko Asensiodur. O, 4 dəfə komanda yoldaşlarını zərbə mövqeyinə çıxarıb.

Qeyd edək ki, Ricard Almeyda Azərbaycan yığmasının Millətlər Liqasının III turunda səfər Farer adaları kollektivini 3:0 hesabı ilə məğlub etdiyi matçda iki qolun müəllifi olub. 

Tarix
12 Oktyabr 2018 [15:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin