Azərbaycanlı deputatının hazırladığı məruzə AŞPA-da qəbul edilib

14:27 - 10 Oktyabr 2018 - SİYASƏT

Milli Məclisin deputatının hazırladığı məruzə AŞPA-da qəbul edilib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Avropada miqrantların və diaspor ictimaiyyətlərinin radikallaşması"na dair qətnamə qəbul edib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, sənəddə quruma üzv dövlətlərə bu sahədə dövlət siyasətinin yürüdülməsinə, radikallaşmanın qarşısını almaq üçün dövlət strategiyasının işlənib hazırlanmasına dair tövsiyələr verilib.
Qətnamə 109 nəfər lehinə, 7 nəfər əleyhinə və 2 nəfər bitərəf olmaqla qəbul edilib. 

Qeyd edək ki, sənəd Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova tərəfindən hazırlanıb.

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.

Xəbər xətti