Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi Ves Miçel ilə görüşüb

20:53 - 25 Sentyabr 2018 - Xəbər

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi Ves Miçel ilə görüşüb

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində  Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi Ves Miçel ilə görüşüb. Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

Xəbər xətti