Ana səhifə
21 Oktyabr 2018

Sabah bu ərazilərdə qaz olmayacaq

Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Payız – qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən yararsız qaz xətlərinin yeni çəlikmiş borularla əvəz edilməsi, həmçinin Nizami rayonu Qara Qarayev 102 ünvanında diametri 325mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş polietilen 315 mm-lik qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Ucnoqta.az-a verilən məlumata görə, zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin də qaz təchizatına fasilə yaranması mümkündür.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Tarix
25 Sentyabr 2018 [20:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin