Bakıda uşaq bağçasında yanğın olub

19:52 - 11 Sentyabr 2018 - HADİSƏ

Azyaşlılar təxliyyə edilib

 Bakıda uşaq bağçasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə şəhərin Sabunçu rayonunda qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 430 m2 olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın bir otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız əşyalar 35 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı bağçada olan azyaşlılar təxliyyə olunub. Xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti