Ana səhifə
26 Sentyabr 2018

“Şerif”in baş məşqçisi: "Qəbələ"dən daha güclü rəqiblə də düşə bilərdik"

 “Püşkün nəticəsindən razıyam. Daha güclü rəqiblə də düşə bilərdik. Misal kimi Almaniyanın “Herta” və Yunanıstanın PAOK komandalarını göstərə bilərəm”.

Bunu UEFA Gənclər Liqasının I mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Moldova “Şerif”inin baş məşqçisi Luka Pavloviç klubun rəsmi saytına müsahibəsində deyib.

54 yaşlı mütəxəssis bildirib ki, “Qəbələ” asan rəqib deyil. O, taktiki planda hazırlıq keçəcəklərini söyləyib: “Daha güclü rəqiblə oynamaq gənclərin inkişafı baxımından təcrübə toplamalarına imkan verir. “Qəbələ”nin asan rəqib olduğunu deyə bilmərəm. Lakin ilk mərhələdə layiqli çıxış etmək üçün bütün lazımi keyfiyyətlərimiz var. Hazırda çempionatda 10 günlük fasilədir. Bu müddəti futbolçuları taktiki planda hazırlamaq üçün istifadə edəcəyik. Oyunçuların fiziki durumu lazım olan səviyyədədir. Psixoloji baxımdan da bir qədər artırmalıyıq”.

“Qəbələ” barədə heç bir məlumatının olmadığını deyən xorvatiyalı baş məşqçi rəqibi təhlil etdikdən sonra oyun planını quracaqlarını vurğulayıb: “Azərbaycanda futbolun inkişaf etdiyini və bu sahəyə çoxlu sərmayənin yatırıldığını bilirəm. Orada güclü məktəblər fəaliyyət göstərir. Bizə asan olmayacaq. Bu, birmənalıdır. Rəqibin oyununu yaxşı təhlil etməli, komandamızı elə kökləməliyik ki, futbolçular özlərinə və güclü keyfiyyətlərinə inansınlar. Təhlil rəqibin güclü və zəif cəhətlərini bizə göstərəcək. Bundan sonra Azərbaycanda keçiriləcək ilk oyunun planını quracağıq. İlk oyunun səfərdə keçirilməsi bizim üçün yaxşıdır. Bu, cütün qalibinin müəyyənləşəcəyi cavab matçına hazırlıq baxımından önəmlidir. Əsas odur ki, səfərdə müsbət nəticə qazanaq”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək. "Qəbələ" "Şerif" səddini adlayacağı təqdirdə, "Herta" (Almaniya) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun noyabrın 7-də Qəbələdə, cavab matçı isə noyabrın 28-də səfərdə keçiriləcək.report

Tarix
5 Sentyabr 2018 [12:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin