Ana səhifə
17 Noyabr 2018

Gəncədə 18 yaşlı qız itkin düşdü

Gəncə şəhərində gənc qız itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Gəncə şəhəri, Tereşkova küçəsi 51, ev 33-də yaşayan, 1972-ci il təvəllüdlü Aynur Həsənova ərizə ilə Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, sentyabrın 2-də səhər saatlarında onunla birlikdə yaşayan 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənova evdən çıxıb və bir daha geri qayıtmayıb.

L.Həsənova evdən çıxarkən əynində qara şalvar, qara ayaqqabı, çəhrayı köynək olub. Onun boyu 155 sm, normal bədən quruluşludur. L. Həsənovanın boğazında yanıq izi var.

Tarix
3 Sentyabr 2018 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin