XİN: ABŞ vətəndaşı olan Den Bilzeryanın Dağlıq Qarabağa səfəri populizm və klounluqdur

11:02 - 29 Avqust 2018 - SİYASƏT

 "Göründüyü kimi populizm nəticə etibarilə müxtəlif formalı klounluğa yol açır".

Ucnoqta.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryanın Azərbaycanın işğal olunmuş ərazilərə qanunsuz səfərinə münasibət bildirən XİN rəsmisi vurğulayıb ki, bu kimi qeyri-ciddi adamların kloun fəaliyyətini şərh etməyə lüzum yoxdur. "Onun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edənlər isə bu kimi klounlarla və qeyri-ciddi işlə məşğul olmaq əvəzinə münaqişənin həll edilməsi və regionda sülhün təmin olunması ilə məşğul olmaları daha faydalı olardı", - deyə H.Hacıyev əlavə edib.

Xəbər xətti