Elmar Məmmədyarov Gürcüstanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycan Respublikasına təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib.

XİN-dən verilən məlumata görə, etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən səfir Z.Pataradze Azərbaycana təyin olunmasından məmnun olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Nazir E.Məmmədyarov səfir Z.Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparılıb.

Tarix
28 Avqust 2018 [18:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin