Fiziki məhdudiyyəti olan şəxslərin X yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək

17:10 - 20 Avqust 2018 - Xəbər

Fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyəti olan şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi təşkil olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən keçiriləcək. Sərgi-müsabiqədə respublikanın bütün bölgələri üzrə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işləri (hörmə, rəsm, toxuma, xalça və dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, bədii tikmələr, müxtəlif maketlər və s.) nümayiş etdiriləcək.  

Sərgi-müsabiqə müvafiq nominasiyalar üzrə bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçıların 3 dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində mükafatlandırılması ilə yekunlaşacaq. 

Xəbər xətti