Fransanın "Total" şirkəti İran bazarını tərk edib

 Fransanın "Total" neft şirkəti rəsmi olaraq İran bazarını tərk edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Namdar Zəngane məlumat verib.

"Total" "Cənub Pars" yatağının işlənməsi ilə bağlı sazişdən rəsmən çıxıb", - nazir bildirib. 

B.N.Zəngane deyib ki, hazırda İran "Total"ı əvəzləyəcək şirkət axtarır.

Qeyd edək ki, "Total" mayda ABŞ-ın İrana qarşı sanksiyaları ilə üzləşməmək üçün ölkə bazarını noyabrın 4-nə qədər tərk edəcəyini açıqlamışdı. Bəzi məlumatlara görə, Çin Dövlət Neft Şirkəti (CNPC) "Total"ın "Cənub Pars"dakı aktivlərini almaq istədiyini bildirib.

Tarix
20 Avqust 2018 [18:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin