Ana səhifə
22 Sentyabr 2018

Alimlər göz xəstəlikləri və kəmağıllıq arasında bağlılıq olduğunu sübut ediblər

Vaşinqton Universitetinin əməkdaşları bildiriblər ki, qlaukoma, makulyar distrofiya və diabetik retinopatiya (gözün tor qişasının xəstəliyi) ilə Altsheymer xəstəliyi arasında bağlılıq var. Bu kəşf neyrodegenerativ xəstəliklərin müayinəsini nəzərəçarpacaq dərəcədə asanlaşdıracaq. Tədqiqatlarda təxminən 4000 nəfər yaşlı insan könüllü kimi iştirak edib.

 

Ucnoqta.Az AZƏRTAC-a istinadən bildirir ki, birinci müayinəyədək könüllülərə Altsheymer xəstəliyi diaqnozu qoyulmasa da, təcrübənin sonunda onların 20 faizində kəmağıllıq yaranmağa başlayıb. Bundan başqa, qlaukoma, makulyar distrofiya və diabetik retinopatiya xəstələrində demensiya riski digərləri ilə müqayisədə 40-50 faiz yüksək olub. Yaşlı insanlarda əksər hallarda rast gəlinən katarakta ilə demensiya arasında isə bağlılıq müşahidə edilməyib.

 

Ekspertlər oftalmoloqları kəmağıllığın yaranma riski qrupundan olan pasiyentlərin axtarılmasına kömək etməyə səsləyirlər. Hazırda dünyada demensiya diaqnozu ilə 46 milyon insan yaşayır. Mütəxəssislərin proqnozlarına görə, 2050-ci ilədək onların sayı 130 milyonu keçə bilər.

Tarix
15 Avqust 2018 [23:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin